1 Noyabr 08:28
167

Məşhur amerikalı müğənni Selena Qomez 10 aydır birlikdə olduğu kanadalı musiqiçi Abel Tesfaye ilə ayrıldıqdan sonra yenindən Castin Biberlə görüntülənib.

Teleqraf.com xəbər verir ki, karyeralarına görə mütəmadı görüşə bilmədiklərini səbəb göstərərək dost kimi ayrılan cütlüyün əslində Castin Biberə görə ayrıldığı iddia olunur.

Selena Qomez yenidən Castin Biber ilə birlikdə olmaq üçün Abel Tesfaye ilə münasibətinə son qoyub.

25 yaşlı müğənni ayrılıqdan sonra 2011-2015-ci illərdə sevgili olduğu Castin Beberlə Kaliforniyada görüşüb. Biber və Selena birlikdə səhər yeməyindən sonra kilsəyə gediblər.


Müəllif: Aytən Yaşar