1 Noyabr 2017 15:56
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türk müğənnisi Murad Boz həmkarı Səda Sayanın proqramındakı bir məsələ ilə bağlı sosial şəbəkədə şəkil paylaşıb.

Teleqraf.com bildirir ki, Türkiyənin Şou TV kanalında yayımlanan “Səda və Uğurla” proqramında uşaq qaçırma hadisəsində günahlandırılan adamın adının Murad Boz olması məşhur müğənnini açıqlama verməyə məcbur edib.

Müğənni həmin qızın tapılmasından sonra bu açıqlamanı paylaşıb: “Bu işin zarafatı olmaz. Günlərdir susuram, ancaq buna inanıb “Bu nədir?” sualı ilə mənə mesaj yazanlar oldu. Röya bacımız tapıldığına görə artıq açıqlaya bilərəm ki, onu mən qaçırmamışam. Sadəcə adaşıq...”


Müəllif: Fidan Rzayeva