2 Noyabr 2017 08:28
2 811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar köklüyü ilə diqqət çəkən türkiyəli aktrisa Handə Ərçəl arıqlamaq qərarına gəlib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, 60 kilo çəkisi olan aktrisa bu qərara çəkildiyi “Loreal” firmasının reklamından sonra gəlib.

Sosial şəbəkə istifadəçiləri paylaşılan reklam çarxının altından “çox kökəlmisiz”, “Sellülitdən əziyyət çəkdiyiniz hiss olunur” kimi şərhlər yazıblar.

Qınaqlardan bezən 23 yaşlı aktrisa diyetaya başlayıb. O, menyusundan şəkərli və karbohidratlı qidaları kənarlaşdırıb. Əvəzində yaşıl alma və darçınlı suyu qida rasionuna əlavə edib.


Müəllif: Aytən Yaşar