4 Noyabr 2017 18:08
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hülya Avşarın Kaya Çilingiroğlundan olan qızı Zəhra Çilingiroğlu avtomobil qəzası törədib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, 19 yaşlı Zəhra avtomobilini Ortaköydə qırımızı işıqda dayanan bir taksiyə vurub.

O, taksi sürcüsündən xahiş edib: “Əmi, bir qədər irəli gedək, jurnalistlər məni çəkir. Uyğun bir yerdə danışaq”.

Sonra isə dediyi sözün üstündə dayanmayıb və hadisə yerindən uzaqlaşmağa çalışıb. Taksi sürücüsü təqibə başlayıb, Hülyanın qızının avtomobilinin qarşısını kəsib və təmir pulunu tələb edib.

Daha sonar sürücü “Haqqımı aldım” deyə jurnalistlərə açıqlama verib.


Müəllif: Cəmilə