4 Noyabr 22:08
258

Türkiyəli aktyor Çağatay Ulusoy keçmiş sevgilisinin baş rol aldığı serialın tanıtım şəklini bəyənib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, 2013-cü ildə “Mədcəzir” serialında birlikdə rol alan və sevgi yaşayan Serenay Sarıkaya ilə Çağatay Ulusoy serial bitdikdən bir müddət sonra ayrılıblar.

Aktrisa Serenay Sarıkaya sevgi münasibəti bitdikdən sonra 2015-ci ildə eyni markanın reklam üzü olan Kərəm Bürsin ilə eşq yaşamağa başlayıb.

Çağatay Ulusoy bu dəfə Serenay Sarıkayanın baş rolu aldığı “Fi” serialının sosial şəbəkədə tanıtımını bəyənib. O, bəyənisini dərhal geri götürsə də, bu, fanatların gözündən qaçmayıb.


Müəllif: Cəmilə