8 Noyabr 2017 18:12
4 904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məhşur müğənni Sərdar Ortac təxminən 3 ildir dağınıq skleroz xəstəliyi ilə mübarizə aparır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, müğənni radioların birində qonaq olarkən xəstəliyinin ona çox əzab verdiyini bildirib:

"Gendən yaxşı görünə bilərəm, amma içəridən yanıram. Sanki belimə sement töküblər. Hərdən səhnədə oxuyanda tutuluram, sonra yenə özümü düzəldib, davam edirəm”.

Qeyd edək ki, dağınıq skleroz sinir sisteminin iltihabi xəstəliyi olub , baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur və bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır. Şiddətli skleroz xəstələri yerimə və dəqiq danışma bacarıqlarını itirə bilir.


Müəllif: Sara