9 Noyabr 2017 11:21
3 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən gecə Türkiyə və Azərbaycan aktyorların çəkildiyi “Yalnış anlama” filminin qala gecəsi baş tutub.

Teleqraf.com xəbər verir ki, “Cinemaplus” kinoteatrında keçirilən gecədə izdiham yaşanıb. Filmə baxmağa gələnlərin sayı çox olduğundan kinoteatrda yer qıtlığı olub. Bu səbəbdən foye də kinozala daxil edilib, qonaqların oturması üçün şərait yaradılıb.

Baş rolun ifaçısı Hakan Bilgin film haqqında bunları deyib: “Filmin 70 faizi Azərbaycanda çəkilib. Burada elə də böyük problemlərlə qarşılaşmadıq. Sadəcə doğmalarımız üçün darıxırdıq. Bundan başqa, heç bir əziyyətimiz olmadı”.

Daha sonra İslam Mehrəliyev film haqda fikirlərini bildirib: “İlk işbirliyimiz idi. Çox gözəl alındı. Azərbaycanda 90 faiz tanınırıq. İstərdik, ölkə xaricində də bizi tanısınlar. Şükür, istəyimizə nail olduq. Filmi bəyəndilər və çox güldülər”.

Türkiyə maqazinin diqqət mərkəzində olan Pərvin Abıyeva da “Yanlış anlama” haqda danışıb: “Türklər gözəllik düşkünü insanlardır. Oranın mediası bizi yaxşı qarşıladı. İnşallah Türkiyə ilə bağlı bir neçə planımız var. Sabah yenidən Türkiyəyə gedəcəm”.

Filmdə 80 yaşlı bir xanımı canlandıran Zemfira Əbdülsəmədova isə ekran işi barədə fikirlərini belə ifadə edib: “Təklif gəldi, mən də qəbul etdim. Süjet çox maraqlı idi. Obrazımın vizual formasından danışmaq istəyirəm. Qrim ustası türklər idi, onların işini çox bəyəndim. Hər çəkilişdə 2 saatdan çox üzərimdə iş gedirdi”.

Gecədə filmin baş rol ifaçıları Fərda Xudaverdiyev, İslam Mehrəliyev, Pelin Sönmez, Hakan Bilgin və Bahadır Əfə kinozalda səhnəyə çıxaraq gələn qonaqları salamlayıb.

Film alqışlarla izlənilib. Geyimləri ilə də dünya ulduzlarına meydan oxuyan Pərvin Aıyeva və Pelin Sönmez dekolte libasda diqqət mərkəzində olublar.

Sonda Pərvin Abıyeva və İslam Mehrəliyevin mahnı oxuyaraq, rəqs etməsi isə gecənin rəngli görüntülərindən biri olub.


Müəllif: Pərviz Hüseyn