14 Noyabr 2017 23:16
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc ifaçı Leyla Ramazanlı yeni fotosessiyasını təqdim edib.

Teleqraf.com xəbər verir ki, müxtəlif libaslarda kamera qarşısına keçən Leyla Ramazanlı yeni mahnıları ilə yanaşı fotosessiyaya üstünlük verdiyini vurğulayıb.

İfaçının fotoları “Kamranaydinov” studiyada çəkilib.

İfaçı yeni fotosessiyası ilə yanaşı yaradıcılığında olan yeniliklərdən də danışıb. Bildirib ki, hazırda 2 yeni mahnı üzərində çalışır: “Mahnılardan biri ritmik digəri isə lirik üslubdadır. Mahnılarımı klipimlə birlikdə təqdim edəcəyəm. Yeniliklərim çoxdur, ancaq hələ sirr olaraq qalmasının tərəfdarıyam”.

Qeyd edək ki, Leyla Ramazanlının yeni fotosessiyasındakı obrazlarındakı saç virajı “Melissa beauty” studiyaya məxsusdur.


Müəllif: Sara