21 Noyabr 2017 13:22
1 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Zöhrə Abdullayevanın kriminal aləmdə Elnur Şuşalı kimi tanınan avtoritetlə fotosu yayılıb.

Teleqraf.com yenicag.az-a istinadən xəbər verir ki, Elnur Şuşalı Lotu Quliyə yaxınlığı ilə seçilən şəxslərdəndir.

Saytımıza açıqlama verən Zöhrə Abdullayeva xəbərdən şoka düşdüyünü bildirdi:

"Nə danışırsan? Elnur avtoritetdir? Mən nə bilim o kimlərlə dostluq edir. Mən rəfiqəmin yanında onun oğlunun ad gününə getmişəm. O da şuşalıdır, mən də, rəfiqəm də. Mən yazıq hardan bilim o Lotu Qulinin yaxın dostudur. Mən buna inanmıram. O, taksiylə güclə gəzir, hardan avtoritet oldu? Belə də ki, yaxşı eləyib çəkdirmişəm. Kişilik avtoritetlərdə olur. O, mənim şuşalı balamdır. Onun 37 yaşı var, oğlumdan da kiçikdir. Belə xəbər yaymaq ayıbdır. Elnurun avtoritet olduğunu sizdən eşidirəm. Elnur İsveçdə yaşayır. İsveçdə lotuluq eləmək olar?"


Müəllif: Teleqraf.com