25 Noyabr 2017 00:57
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa olmağa hazırlaşan qızı ssenarist tərəfindən qarət olunub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Türkiyənin Beşikdaş qəsəbəsində yaşayan maniken Bensu Gursəs televiziya serialları üçün aktrisa seçimlərində iştirak edib.

Özünün ssenarist kimi təqdim edən Orxan adlı şəxs gənc manikenlə evində görüşüb və ona içki təklif edib.

İçkiyə dərman qataraq qadını yuxuya verən ssenarist evi qarət edib.

Hadisə ilə bağlı cinayət işi açılıb.


Müəllif: Sara