26 Noyabr 2017 08:23
3 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddət Yeşilcam filmlərinin açıq-saçıq səhnələrinə çəkilən tanınmış aktrisa Arzu Okay illər sonra müsahibə verib.

Teleqraf.com xəbər verir ki, 62 yaşlı sənətçi həyatı ilə bağlı bir çox etiraflar edib.

"Həmişə çoxuşaqlı ana olmağı arzulamışam. Amma qismət olmadı. Erotik filmlərin ulduzu oldum. Qaranlıqda türk kişilərinin ağzının suyunu axıdan, heyran olduqları qadın idim. Amma gündüzlər qınanan, onların həyat yoldaşı olmamı arzulamadıqları biriydim. İkiüzlü bir durumdur", - aktrisa bildirib.

"Ananız erotik filmlərə çəkildiyinizi biləndə necə reaksiya verdi" sualını aktrisa belə cavablayıb:

"Anam açıq-saçıq filmlərə çəkildiyimi biləndə mənə "belə yolla qazandığın pularla yaşamaqdan utanmırsanmı" dedi. Mən də rejissor, kişi aktyorlar, ssenarist utanmayacaq, mənmi utanacam?!" dedim. Mən Məmduh Ününün çəkdiyi filmdə oynadım. Amma o, titrlərdə öz adını yazdırmaqdan çəkindi".

Karyerası boyunca 24 erotik filmə çəkildiyini deyən sənətçi gördüyü işlərdən böyük qonorar almadığını bildirib: "Oynadığım rollara görə başqaları böyük pullar qazandı, mənsə bir ev belə ala bilmədim".

Aktrisa deyir ki, onu məşhurlaşdıran filmlərin heç birini seyr edə bilmir: "Çox pis filmlərdir. Dəliyəmmi 1,5 saatımı çölə atım? Gözəl filmlər olsaydı, baxardım. Ondansa kitab oxuyub istirahət edərəm".

"Qızınız çəkildiyiniz filmlərə görə sizi suçlayırmı" sualınasa aktrisa belə savab verib: "Qızım Eda "Anam Türkiyənin Bricit Bordosudur" deyir. Onun nəzərində mən eləyəm. Mən pul qazanmaq, ayaqda qalmaq üçün o filmlərə çəkildim. Qızım bunu bilir və heç zaman məni suçlamaz".


Müəllif: Nahid