4 Dekabr 2017 16:30
1 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə dünyasını dəyişmiş müğənni Qayaxanın 22 illik həyat yodaşı İpək Açar 6 aydır eşq yaşadığı musiqiçi Alpər Kömürçü ilə ilk dəfə görüntülənib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, cütlük Açarın qızı Əsli Könülün xaricdə təhsil almaq üçün Ankaraya imtahana gedərkən hava limanında görüntülənib. Sevgilisinin yanında olmasından xoşbəxt olduğunu və Əslinin ABŞ və ya İngiltərədə təhsil almaq üçün hər iki ölkənin imtahanlarına girəcəyini deyib.

Qeyd edək ki, İpək Açar Alpərlə sevgili olmamışdan əvvəl belə demişdi: “Kiminləsə sevgili olmaq ağlımın ucundan belə keçmir. Çünki mənim ürəyim Qayaxanla doludur. Ürəyimin sahibi dünən də, bu gün də odur”.


Müəllif: Sara