5 Dekabr 2017 10:53
1 953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibi və reper Dado Əliyev boşanır.

Teleqraf.com xəbər verir ki, Dado da İnstaqram səhifəsində dəyişikliklər edib.

O, “Səni sevirəm, Nata” kimi yazdığı statusları silib və bağlı profilini hər kəs üçün açıq edib.

Natavanla olan fotolarını da silib və onu izləmələri siyahısından çıxarıb.

Xatırladaq ki, ilk olaraq Natavan Həbibi öz İnstaqram hesabında ayrılıq qərarı verdiyini yazıb, həyat yoldaşı Dado ilə olan fotolarını silmişdi.

Qeyd edək ki, Natavan və Dado iyulda ailə qurub.


Müəllif: Teleqraf.com