8 Dekabr 2017 13:28
2 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da həbs edilmiş Cənubi Azərbaycandan olan iş adamı Rza Zərrabı türkiyəli müğənni Əbru Gündeşlə tanış edən şəxsin adı açıqlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, cütlüyü milyarderin keçmiş sevgilisi Azəri qızı Günel tanış edib.

Günellə Zərrabın münasibətləri 8 il davam edib. Cütlüyün evlilik həyatı ilə bitməli olan münasibətləri Rza tərəfindən sürpriz şəkildə sonlandırılıb və milyarder Əbru Gündeşlə sevgili olduğunu açıqlayıb.

Bununla bağlı “Habertürk”ün yazarı Əsin Övət məlumat verib: “Zərrab onu Türkiyədə məşhurlaşdıran sevgili axtarırdı. Güneldən bu istiqamətdə fayda görə bilməyəcəyini anladıqda Gündeşin yanına gedib.

İndi hər kəs Günelin unudulan xatirələrini yada salmağa çalışır. Azərbaycanlı Günelin… Kiçik yaşlarında İbrahim Tatlısəs tərəfindən kəşf olunan Günelin…

Günel kiçik yaşlarından Türkiyədə tanındı. Böyüdü və sevgilisi olduğu ortaya çıxdı. Onun sevgilisinin adı Rza Zərrab idi. Çox istedadlı idi və hətta Sibel Can, İbrahim Tatlısəs kimi şəxslərə mahnılar verirdi.

Günel həm sevgilisinə dəstək olmaq, həm də məşhurlaşdırmaq üçün onu bir çox sənət adamları ilə tanışdırırdı. Sonuncu dəfə onu Əbru Gündeşlə tanış etdi. Bundan sonra hər şey məlumdur…

Günel müsahibələrindən birində bu sözləri dedi:

“8 illik bir eşqim vardı. Gündeş əlimdən aldı. Amma Zərrab hələ də məni sevir”.

Zərrabın həbsindən Gündeş heç bir zərbə almadı. Hətta Yeni il üçün 1 milyon dollarlıq razılaşma da imzaladı. Bəs Günel nə edir? O, əvvəlki qədər məşhur deyil. Ancaq Zərrabla bağlı bir xəbər yayılan kimi Günel yada düşür”.


Müəllif: Samir