1 Avqust 2014 18:03
3 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən məşhur futbolçularından biri olan Arda Turanla yaşadığı eşq romanı, sevdiyi kişi üçün Madriddə yaşamağa qərar verməsi, fədakarlığına baxmayaraq, sonunda xəyanətlə üzləşib, ayrılmaq məcburiyyətində qalması, bir sözlə atdığı hər addımla gündəmdə qalan gözəl aktrisa - Sinəm Kobal!

Sarı saçlı, uzun boylu bu gözəlçə 13 yaşından bəri ekrandadır. “Dadı”, “Lise Defteri”, “Selena”, “Kiçik Sirlər” kimi seriallarda və “Romantik Komedi 1”, “Romantik Komedi 2” filmlərində rol alıb. Bizim tamaşaçılara daha çox “Selena” və “Kiçik sirlər” serialından tanışdır.

Sinəm karyerasında yüksəlməsindən, eşqlə bağlı xəyal qırıqlığından və gözəllik rituallarından bəhs edib.

Bu gözəl xanımın maraqlı söhbətini təqdim edirik:

- “Dadı” serialı ilə tanıdıq səni. Onda hələ 13 yaşın var idi. Məşhur olduğunun fərqində idin?

- Hələ uşaq idim. Məşhur olduğumu 16 yaşımda, bir qəzetdə mənimlə bağlı xəbəri və şəklimi görəndə başa düşdüm.

- Uşaq yaşından bu peşə ilə məşğul olduğuna görə deməli ailən sənə dəstək olub.

- Əlbəttə. Ailəm həmişə yanımda olub. Həm də mənə şöhrətin önəmli olmadığını başa salıblar. Çox istedadlı insanlarla eyni layihələrdə yer almışam. Amma hamısını şanslı olduğum üçün əldə etdiyimi düşünmüşəm.

- Hollivudda uşaq yaşında məşhur olanlar adətən narkotik və ya spirtli içki aludəçisinə çevrilirlər...

- Aktrisanın və gənc yaşda populyarlıq qazanan müğənninin həyatında bu kimi hadisənin yaşanmaması üçün ailənin uşağa münasibəti çox önəmlidir. Buna görə də öz ailəmə təkrar təşəkkür etməliyəm, deyəsən. Onlar məni başa düşüblər.

Sinem Kobal Oyunculuğa Geri Dönüyor

Ancaq təhlükədən uzaq olmaq üçün sıxıcı həyat yaşamaq da düzgün deyil. Risk etməyi, təcrübə qazanmağı və öyrənməyi çox sevirəm. Cəsarətli bir qızam. Problem bacarıb-bacarmamaq deyil. Əsas odur ki, əlindən gələni edəsən, çalışasan, vuruşasan. Heç vaxt “Birdən bacarmaram, birdən çox peşman olaram” demirəm. Hər insanın həyatında kədərli anlar, çətinliklər olur. Bunları da yaşamaq lazımdır.

- İşini sevirsən?

- Peşəm fədakarlıq tələb edir, hər atdığım addımı insanlar bilirlər. Mənim nə hiss etdiyimi bilmədən tənqid edir və ya alqışlayırlar. Ancaq çətinliklərə baxmayaraq, peşəmi çox sevirəm.

- Həyatı kameralar qarşısında yaşamaq çətin deyil?

- Çətin olan yalan xəbərlərlə mücadilə etməkdir. Elə xəbərlər yazırlar ki, özümdən şübhələnirəm.

- Arda Turanla 5 il gözəl münasibət yaşadın. Hətta Arda ilə nişanlandın, toyunuzu gözləyirdik ki, ayrıldınız. Nə oldu axı?

- Təəssüf ki, həyatımla bağlı bir çox məsələdə olduğu kimi bu mövzuda da çoxlu sayda yalan xəbərlər yayıldı. Bunlar məni narahat etdi, ancaq yenə də sakitliyimi qoruyub saxladım. Ayrılıqla bağlı bizə suallar verilməsini normal qarşılayıram. Çünki ikimiz də tanınmış insanıq.

Ancaq bu mövzuda danışmaq istəmirəm. Bu da mənim haqqımdır.

- Eşqə hələ də inanırsan?

- Əlbəttə, inanıram. Mən sevdiklərimə, ailəmə, işimə eşqlə bağlıyam. Eşqsiz həyat çox sıxıcı olardı.

- Hazırda həyatında eşq var?

- Birlikdə olduğum biri var. Siz də tanıyırsınız. Bu mövzuda başqa heç nə demək istəmirəm.

- Səncə böyümüsən?

- Həyat bir yoldur. Bu yolda yeni təcrübələr qazanır və böyüyürük.

- Bu aralar ən çox işlətdiyin söz hansıdır?

- Tanrı zər atmır.

- Peşənlə bağlı qaydaların var?

- “Mütləq bu rolda oynamalıyam, komediya və ya dram filmi olsun” kimi qaydalarım yoxdur. Daha çox ssenarinin maraqlı olmasına diqqət edirəm.

- Arda Turana görə, Madriddə yaşamağa qərar verdin. Məncə, bu, böyük fədakarlıq idi.

- Madrid elə də uzaq bir ölkə deyil, təyyarə ilə 4 saatlıq yoldu. Ancaq əlbəttə ki, başqa bir şəhərdə yenidən həyat qurmaq çətin idi. Mən heç nəyi planlaşdırmıram, hisslərimlə yaşayıram. Həyatın insanın qarşısına nə çıxaracağını bilmək olmur. Həyatımdakı kişiyə dəstək olmaq istədim, ona görə də bu fədakarlığı etdim. Bəlkə də getməməli idim, özümə daha çox dəyər verməli idim. Peşman deyiləm.

- Bəs Madriddə yaşamaq necə idi?

- O şəhər məni sadələşdirdi. Özümə daha çox vaxt ayırdım. Teatra, sərgilərə, operaya getməyə daha çox vaxt tapdım. İspan dilini öyrənmək üçün kursa getdim.

- Deyəsən, dil öyrənməyə həvəslisən, eləmi?

- Həm də çox. Mümkün olsaydı, bütün dilləri öyrənərəm. Ancaq bu, elə də yaxşı olmazdı. Çünki çox danışıram. Bəzən rəfiqələrim mənə “Sinəm sus, bir az nəfəs al” deyirlər.

Arda Turan ve Sinem Kobal

- Nə vaxt çox danışırsan?

-Özünü bəyənmiş, üzərindəki brendlərlə fəxr etməyi sevən, olduğundan fərqli görünməyə çalışan, həyatın mənasını gözəllikdə görən, mütəmadi olaraq özü ilə maraqlanan insanlarla qarşılaşanda söz atmasam, iynələməsəm, ürəyim soyumur.

beyaz-elbise-çiçekli-sandalet-kombin-

- Madriddə olanda işindən uzaqlaşdın. Rol almaq, obraza bürünmək üçün darıxmadın?

- Uşaqlıq dövrlərimi belə işləyərək keçirmişəm. Madriddə olduğum müddət mənə özümü tanımaq, inkişaf etdirmək üçün yaxşı təsir etdi. Qayıdandan sonra yenə təkliflər gəldi. Karyeramda heç bir geriləmə olmadı.

- 10 il sonra özünü harada görürsən?

- Sevdiklərimlə, ailəmlə hüzurlu, sağlam və xoşbəxt bir həyat yaşayacağımı düşünürəm.

- Yay tətilini ən çox harada keçirməyi xoşlayırsan?

- Taylanddakı Phuket və ətrafındakı adaları çox bəyənirəm. Yayda istirahətə getmək asandır. Bikini, şort, qısa donlar və səndəl bəs edir. Bunları çantama qoyub 10 dəqiqəyə istirahətə getmək üçün hazır oluram. Ancaq qış aylarında daha çətin olur. Havanın necə olacağını bilmədiyin üçün əlavə paltar götürməli olursan.

- Gün ərzində nə yeyirsən və hansı gözəllik rituallarını həyata keçirirsən?

- 14 yaşımdan bəri makiyaj eləməli olmuşam. Ona görə də gündəlik həyatda təbiiliyə üstünlük verirəm. Makiyaj etməli olanda da tonal krem yerinə, günəşdən qoruyan və dərinin qüsurlarını gizləyən kremlərə üstünlük verirəm.

Gecə kremlərindən istifadə etmirəm. Əsla makiyajla yatağa girmirəm. Dərimi təmizləməyə çox önəm verirəm. Skrab və maska ilə dərimin təmizliyini təmin edirəm.

- Saçının gözəlliyi gənc qızları valeh edir. Refle etdirməyinə və saç sağlamlığına zərər verən fenlərdən istifadə etməyinə baxmayaraq, saçın parlaqlığını itirmir. Buna necə nail olursan?

- Həftədə bir dəfə ilan, susam və badam yağlarını qarışdırıb saçıma çəkirəm. Yarım saat gözləyib yuyuram. Bu qarışımın qoxusu həqiqətən çox pisdir, ancaq çox yaxşı təsir edir.

- Həmişə formadasan. Belə arıq qalmağı necə bacarırsan?

- Ailəmdə kök adam yoxdur. Bu baxımdan şanslıyam. Ancaq yenə də idman etmədən ideal bədənə sahib olmaq mümkün deyil. İdmanla məşğul oluram, kiçik yaşımdan başlayaraq baletlə məşğul olmuşam, bunun da təsiri var. Həftədə üç gün pilateslə məşğul oluram. Həm sağlamlıq, həm də gözəl bədən üçün pilatesin çox faydalı olduğunu düşünürəm.

- Geyim tərzin çox bəyənilir. Modanı təqib edirsənmi? Qarderobunda nələr var?

- Belə bir söz var: “Moda o qədər sıxıcıdır ki, hər il yenilənir”.

Moda aludəçisi deyiləm. Modanı təqib edirəm. Ancaq qarderobumda məhz dəbdədir deyə aldığım bir geyim belə tapa bilməzsiniz.

Özümü necə yaxşı hiss edirəmsə, elə geyinirəm. Onu da deyim ki, ayaqqabılar mənim zəif nöqtəmdir.

- Aksessuralarla aran necədir?

- Aksessuarları çox sevirəm. Məncə, geyimə fərqli bir görünüş verir. Həm də insanın daxili aləmini əks etdirir.

- Daim istifadə etdiyin, vaz keçə bilmədiyin aksessuarın var?

- Var. Mələk qanadları olan kiçik, qızıl boyunbağımı heç vaxt çıxarmıram.

- Özünü bir cümlə ilə tanıda bilərsən?

- Həyatı öz axışına buraxan, özünə nəzarət etməyi bacaran, amma sabit fikirli olmayan bir qızam. İnadkaram, amma yeni bir şey öyrənməyə həmişə hazıram.

- Yemək bişirə bilirsən?

- Yemək yeməyi də, bişirməyi də çox xoşlayıram.

- Səni həyatda ən çox nə əsəbiləşdirə bilər?

- Haqsızlıq və yalan.

/tabloid.az/


Müəllif: