16 Dekabr 2017 13:20
3 660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tədbirlərin birinə həyat yoldaşı ilə qatılan müğənni Sevda Sanəliyeva fotokameramıza tuş gəlib.

Teleqraf.com xəbər verir ki, müğənninin hamıdan gizlətdiyi həyat yoldaşı Cəmil açıqlamasında, Sevdaya qoyduğu qadağalardan danışıb:

“Sevda mənim xasiyyətimi bildiyi üçün onunla mübahisə etmirik. Evləndiyimiz ilk gündən onunla şərt kəsmişəm: açıq-saçıq geyimlərə qadağa qoymuşam. Bir də gecə saat 12-dən sonra heç kimlə nə sosial şəbəkədə yazışmasına, nə də telefonla danışmasına icazə vermirəm. Gizlətmirəm, onu çox qısqanıram, buna görə də hər yerə bərabər gedirik. Hər zaman gözümün önündədir. İki övladımız var, bu günə qədər Sevda sözümdən çıxmadığı və mənə hörmətlə yanaşdığı üçün hələ də bir yerdəyik. İnşallah, qurduğumuz bu xoşbəxt ailəni sona qədər davam etdirəcəyik. Ona görə çox şeylərdən keçmişəm və sona qədər də keçməyə hazıram”. (yeniçağ)


Müəllif: Teleqraf.com