16 Dekabr 2017 18:29
2 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli aktyor Aras Bulut İynəmli üç il birlikdə olduğu sevgilisi Bigə Onaldan ayrılıb.

Teleqraf.com xarici Türkiyə mediasına istinadla xəbər verir ki, cütlük ayrılma səbəbi Bigə Onalın çəkildiyi filmdə rol aldığı öpüşmə səhnəsi olub.

Bigenin həmkarı Mehmet Günsürlə “Martılar əfəndisi” filmində öpüşməsinə Arası Bulut İynəmli əsəbləşib. Qısqanc aktyor münasibətlərə son qoyub.

Qeyd edək ki, Bigə Onal baş rolu həmkarı Mehmet Günsürlə paylaşdığı “Martılar əfəndisi” filmi dekabrın 22-də ekranlara çıxacaq.


Müəllif: Cәmilә