28 Dekabr 2017 08:05

2003-cü ildən etibarən çəkilən məşhur "Qurdlar vadisi" serialı 2018-ci ilin fevralında yenidən ekranlara qayıdır.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, serialda Polad Aləmdar obrazını canlandıran aktyor Necati Şaşmaz ssenarinin tamamlandığını, yaxın zamanda tanıtım çarxının efirə veriləcəyini deyib.

Aktyor serialın hansı telekanalda yayımlanacağını söyləməyib. O, “Qurdlar vadisi xaos” adlı serialda Myanmarda baş verən qətliama da yer ayrılacağını açıqlayıb.


Müəllif: Teleqraf.com
Загрузка...