4 Avqust 2014 10:35

Türkiyənin tanınmış müğənnisi Doğuş mahnılarının ondan icazəsiz oxunmasını istəmir.

İfaçı bildirib ki, ona məxsus olan mahnıların azərbaycanlı ifaçılar tərəfindən ifa edilməsini dəstəkləmir.

“Sizin dəyərli sənətçiləriniz çoxdur. Azərbaycanın çox qiymətli ifaçıları var. Onlar dünyada adla tanınırlar. Çox xahiş edirəm ki, azərbaycanlı müğənnilər mahnılarımı mənim iznim olmadan oxumasınlar”.

Qeyd edək ki, Doğuş avqustun 2-də “Panoramic” restoranında konsert proqramı ilə çıxış edəcəkdi. Lakin Azərbaycan-Ermənistan sərhədində əsgərlərimizin şəhid olması Doğuşu sarsıdıb. Daha sonra isə o, konsertini qeyri-müəyyən vaxta təxirə ertələyib.

Tabloid.az


Müəllif:
Загрузка...