10 Yanvar 2018 01:12
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni İbrahim Tatlısəsin qardaşı Hüseyn Tatlının sosial şəbəkədə müğənni Yıldız Tilbə ilə fotosunu paylaşması birmənalı qarşılanmayıb.

Teleqraf.com xəbər verir ki, İbrahim Tatlısəslə münasibətləri o qədər də yaxşı olmayan Tilbənin Hüseyn Tatlı ilə birgə fotosu izləyicilərdə müxtəlif suallar doğurub.

"İmperator bu fotoya görə sizə bir sey demir?" sualına Hüseyn Tatlının cavabı sərt olub.

Qardaşı ilə arasındakı münasibətlərin soyuqluğunu gizlətməyən Hüseyn Tatlısəsin maaşlı işçisi olmadığını bildirib:

"Bunun üçün izn aldığımı-falanmı düşünürsən? Sən də bizi heç tanımamısan. Maaşlı işçilərilə məni qarışdırdın, sanıram... Mənim adım Hüseyn Tatlı. Təkcə Allahdan əmr alıram. Çünki odur hər şeyə nöqtə qoyan. Mən kiminlə danışır, kiminlə görüşürəm, bunun qərarını özüm verirəm. Nə izn, nə müsadə? Sənin qəlbində böyütdüyün səni, mənim də qəlbimdə bitirdiyim məni bağlar..."

Xatırladaq ki, Yıldız Tilbə vaxtilə İbrahim Tatlısəsin öz adı ilə yayımlanan proqramında iştirak edib və veriliş zamanı aralarında mübahisə yaranıb. Həmin mübahisədən sonra Tatlısəsi əfv etməyəcəyini deyən Yıldız Tilbə yalnız 2011-ci ildə güllə yarası alaraq xəstəxanaya yerləşdirilən Tatlısəsi ziyarət edib.


Müəllif: Ayxan