15 Yanvar 2018 20:25
2 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu York şəhərində qeyri-adi cinayət hadisəsi törədilib.

Teleqraf.com xəbər verir ki, ərinin erotik fantaziyalarından bezən qadın cinayətə əl atıb. 37 yaşlı Ancelika Qrasval əri Viafor Qrasvalın bir çox ağlasığmaz xəyalını gerçəkləşdirsə də, sonuncu təklif onun üçün qəbuledilməz olub. Söhbət ərin öz arvadına üçlü seks təklifindən gedir.

Ancelika ərini öldürmək barədə planlar qurub və bir gün bu plan baş tutub. O, ərinin olduğu qayığın mühərrikini sıradan çıxarıb. Ər qayıqla bir neçə yüz metr çayın ortalarına doğru gedəndən sonra qayıq işləməyib və içərisinə su dolmağa başlayıb.

Kişi qışqıraraq imdad diləsə də qadın polisə zəng etməyib və kənardan ərinin boğulmasını seyr edib. İş-işdən keçəndən sonra qadın xilasedicilərə zəng edim, amma dalğıclar kişinin meyitini tapa bilməyiblər. Cəsəd üç gündən sonra balıqçılar tərəfindən tapılıb.

Ancelikanın sosial şəbəkədəki paylaşımlarını araşdıran polis onun mərhum əri tərəfindən seksual işgəncələrə məruz qaldığını müəyyən edib və cinayətin qadın tərəfindən törədilməsini mümkün sayıb.

Ancelika polisə ifadəsində hər şeyi etiraf edib. O, ərinin seksual fantazilarından bezdiyini və bu üzdən cinayətə əl atdığını deyib.

Məhkəmə Ancelikanı cəmi iki il azadlıqdan məhrum edib.

Viaforenin ailəsi məhkəmənin qərarından narazı qalıb.


Müəllif: Ayxan