18 Yanvar 2018 14:32
1 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Murad Boz Azərbaycana 400 min dollara gəldiyi toyun görüntülərini Yutub kanalında yerləşdirib.

Müğənni rəsmi Yutub kanalında verdiyi konsertlərdən ibarət hazırlanan video-rolik yerləşdirib. Ulduz Güləndam Əhmədzadə və Fərrux Həsənovların dəvəti ilə çıxış etdiyi toyu Azərbaycan konserti kimi təqdim edib.

Görüntülərdə Murad Boz bildirib ki, təyyarəni qaçırıb və özünü məclisə güclə çatdırıb. Yeri gəlmişkən qeyd edək ki, Türkiyə mətbuatının yazdığına görə, Murad Boz Bakıya azərbaycanlı iş adamının xüsusi təyyarəsi ilə gəlib. Bakının bir günlük qonağı olan müğənni toydakı çıxışından 400 min dollar qazanıb.

Yaşar Yusubun idarə etdiyi toyda Fərhat Göçer, rusiyalı müğənni Leonid Aqutin, rusiyalı aparıcı və musiqiçi Valdis Pelş iştirak edib./Publika.az/


Müəllif: Teleqraf.com