20 Yanvar 2018 18:28
1 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ aktrisası Skarlet Yohansson sonuncu “Black Widow” (“Qara dul”) filmi üçün istehsalçı şirkətlər – Marvel və Uolt Disney ilə 25 milyon dollarlıq müqavilə bağlayacaq.

Teleqraf.com xəbər verir ki, 2020-ci ildə ekrana çıxacağı gözlənilən filmə baxış yüksək olarsa, Danimarka əsilli Skarlet əlavə 6 milyon dollar alacaq.

33 yaşlı aktrisa bu qazancla Cennifer Lourens və Emma Stounu qabaqlayaraq "Hollivudun ən çox qazanan aktrisası" kimi tarixə düşəcək.

Bir filmdən 31 milyon dollar qazanc yüksək məbləğdir.


Müəllif: İlhamə Əbülfət