23 Yanvar 2018 11:03
3 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nargis” jurnalının təsisçisi və baş redaktoru Ülviyyə Mahmudova dünən Paris Yüksək Dəb Həftəsində iştirak edib.

Ü.Mahmudova fransız brendi “Christian Dior”un yeni kolleksiyasını izləməyə gedib. Nümayişin qonaqları arasında dünya şöhrətli aktrisa Monika Belluççi, rusiyalı model Nataliya Vodyanova və onun milyarder əri Antuan Anri, qaradərili model Naomi Kempbel, məşhur ayaqqabı dizayneri Kristian Lubuten və başqaları olub.

Ülviyyə Mahmudova “Dior”un dəb şousundan çəkdiyi fotoları sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, Ülviyyə Mahmudova Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın qızıdır./Publika.az/


Müəllif: Teleqraf.com