5 Avqust 2014 15:41
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Eurovision” mahnı müsabiqəsinin 2015-ci ildə tamam olacaq 60 illik yubileyi münasibətilə Avropa Yayımları Birliyi yarışmanın loqosunun təkmilləşmiş variantını təqdim edib

Teleqraf.com mahnı müsabiqəsinin rəsmi saytına istinadən xəbər verir ki, loqonun yeni variantında “Eurovision” yarışmasının “modern klassikliyini” təsvir edən ürək, eləcə də bu sözün əlyazma forması saxlanılıb. Lakin elementlər sadələşdirilmiş düzülüşdə, bayraq bir qədər hərəkətli əks olunub və çıxıntılı detallar aradan qaldırılıb.

Loqoda “Gotham” şriftindən istifadə edilib, eyni zamanda, kiçik ölçüdə detalların itməsinin qarşısı alınıb. İnsanları bir araya gətirməyin simvolu olan ürəyə xüsusi diqqət yetirilməsi onu daha təsirli edir.

Qeyd edək ki, yeni variant 2004-cü ildən mövcud olan loqo əsasında hazırlanıb.


Müəllif: