26 Yanvar 2018 18:04
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Buxara media qrupu tərəfindən təşkil olunan “8-ci Beynəlxalq Buxara Media Təlfitetmə” mərasmində “İlin ən yaxşı qadın pop müğənnisi” adı İrəm Dəriçiyə verilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Dəriçiyə bu mükafatı Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman təqdim edib.

Mükafatlandırmazdan əvvəl səhnəyə çıxan ifaçı “Bildiyiniz kimi, eşşək cənnətinə gedib gəldim” ifadəsini işlədib. Bu, Qəhrəmanın xoşuna gəlməyib. Mükafatı təqdim etdikdən sonra parlament sədri mikrofonu götürərək, “İrəm xanımın sözlərinə düzəliş etmək lazımdır. Cənnət cənnətdir, eşşəklərin cənnəti olmaz” fikrini səsləndirib.


Müəllif: Samir