5 Avqust 2014 17:41
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brilliant Dadaşova sosial şəbəkədə həmkarlarının 8 əsgərin şəhid olduğu gün efirə çıxıb mahnı oxumaları ilə bağlı qınaqlara isə belə cavab verib:

“Həmin müğənnilər verilişdən sonra bu xəbəri eşidiblər. Peyğəmbərimiz də musiqinin, Davud Peyğəmbərin səsinin gözəlliyindən danışıb. Mədəniyyət xadimlərimizi şou göstərənlərlə səhv salmayaq. Hələ kimisə təqlid edən təlxəklərin bura heç aidiyyatı yoxdur”.

Şəhid olan hərbiçilər üçün dua edən müğənni bunları yazıb:

“Kaş yurdumuzda heç vaxt müharibə olmasın. Kaş zabit və əsgərlərimizə yalnız mükafat verək. Bəd xəbər eşitməyək. Analar ağlamasın. Dünya sülh içində yaşasın. Vətən, başın sağ olsun. Kənardan baxan çoxlarının Vətənimizin uğurlarını gözləri götürmür, göz yaşlarımızı görüb sevinirlər. Ona görə də, ağrımızı içdən çəkmişik. İllərdir buna öyrəşmişik”.


Müəllif: