5 Fevral 16:03

Stilist Anar Ağakişiyevin bir neçə gün əvvəl sosial şəbəkədə paylaşdığı video səs-küyə səbəb olub.

Stilist üzü yanmış bir xanımı makiyaj edib. Özünü güzgüdə görən qadın göz yaşlarını saxlaya bilməyib.

Anar 18 illik karyerasında ən çətin makiyajın məhz bu olduğunu bildirib:

“11 yaşında başına gəlmiş dəhşətli faciəyə görə bu günə kimi heç vaxt makiyaj etməyib. İlk dəfə ona makiyaj etdim və güzgünü bağladım. Çox şadam ki, ona bu sevinci bəxş edə bildim”.

Anarın 615 minlik İnstaqram səhifəsində yayımladığı video 3,4 milyondan çox izlənib. Onun paylaşımına dünyanın bir çox məşhurları şərh yazıb.

Onlar arasında dünyanın ən məşhur simalarından olan Peris Hilton da yer alıb. O, videoya çox kədərləndiyini bildirib:

“Bu görüntü məni ağlatdı, hekayə mənə çox təsir etdi. Çox gözəldir”.

Peris daha sonra Anarın instaqram səhifəsini izləməyə başlayıb./Axşam.az/


Müəllif: Teleqraf.com
Загрузка...