7 Fevral 2018 12:00
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nadir Qafarzadə Sərxan Kərəmoğlunun onu ələ salmasına cavab verib.

Teleqraf.com xəbər verir ki, müğənni İnstaqram səhifəsində S.Kərəmoğlunun ondan bəhs edən videosunu paylaşaraq etirazını bildirib:

“Qiyməti siz verin. Özünə müsəlman deyən şəxs dünyasını dəyişən və haqq dünyasında olan birinin arxasınca lağlağı edib, ələ salıb gülə bilərmi? Heç kim ölməyəcək? Kimin necə olduğunu Allah bilir. Vaxtı çatanda hamı öləcək. Allah sizə rəhmət eləsin, İlhamə xanım”.

Qeyd edək ki, Aparıcı Sərxan Kərəmoğlu yeni başlayan “Evimin qonaqları” verilişində müğənni Nadir Qafarzadənin mərhum xalq artisti İlhamə Quliyeva ilə bağlı açıqlamasını oxuduqdan sonra bu fikirləri bildirmişdi:

“Sənin xanımını bacım, övladlarını öz balam qədər çox istəyirəm. Onlar olmasaydı, deyərdim ki, səni elə onun yanına yatasan. Bu nədi gic-gic yazmısan?”.

Xatırladaq ki, Nadir Qafarzadə Tolikin xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoymasına narazılığını bildirmişdi.


Müəllif: Günay Əli