8 Fevral 19:59

Türkiyəli meqastar Tarkan ata olacağını elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ifaçı özü İnstaqram səhifəsində bildirib.

Tarkan video paylaşaraq deyib:

“Xeyli vaxtdır yazılır. Bu məsələ ilə bağlı çox danışılır. Bizdən də hər gün soruşurlar ki, "Doğrudur?" "Elə bir şey yoxdur", desək də, inanmırlar. Deməli, hiss edirlər. Bəlkə də haqlıdırlar. Bəli, doğrudur, ata olacam. Çox xoşbəxtəm, bunu sizlə paylaşmaq istədim”.

Qeyd edək ki, Tarkan pərəstişkarı Pınar Tevetoğlu ilə evlidir. Pınar 3 aylıq hamilədir.


Müəllif: Teleqraf.com
Загрузка...