13 Fevral 2018 10:27
1 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə xəstəlik keçirən “Avroviziya-2008” təmsilçisi, məşhur rus müğənnisi Dima Bilanı görənlər tanımayıb.

Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, pərəstişkarları onun əvvəlki kimi gümrah və enerjili olmadığını bildiriblər.

36 yaşlı müğənninin dərisinin rəngi solub, üzündə erkən dərin qırışlar əmələ gəlib. Son konsertində yorğun olan müğənni 3 mahnı oxumaqla kifayətlənib.

Yaxından görənlər Dima Bilanın səhhətində ciddi problemlər olduğundan şübələniblər. Hətta müğənninin üzünün bir hissəsində iflic əlamətləri də nəzərə çarpıb.

Dima Bilan mediayaya açıqlamasında qastritdən əziyyət çəkdiyini deyib. Bu səbəbdən çəki itirən məşhurun problemləri bununla bitmir:

“Onurğa sütunumda 5 yerdə qrija aşkarlanıb. Yuxusuzluqdan və ağrılardan çox əziyyət çəkirəm. Bədənimdəki ağrıları belə təsvir edə bilərəm – sanki məni hər gün döyürlər. Ağrılar zahiri görünüşümə də təsir edir…”


Müəllif: İradə Musayeva