15 Fevral 2018 14:05
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur aktrisa Sinəm Kobal və həmkarı Kənan İmirzalıoğlu ötən gecə “Hadi be oğlum” filminin qalasında görüntüləniblər.

Teleqraf.com-un məlumatına görə, aktyor İmirzalıoğlunun arıqlaması diqqətdən yayınmayıb.

Jurnalistlərin bununla bağlı sualına Kənan İmirzalıoğlu belə aydınlıq gətirib:

“Bir cahan fatehi” serialına çəkilirəm. Çəkilişlər saatlarla davam edir və çox vaxt at belində oluram. Bu rolu oynamaq mənim üçün idman oldu və çəki atmağıma yardım etdi. Mən də, Sinəm də yeni görünüşümüzdən razıyıq”.


Müəllif: İradə Musayeva