15 Fevral 2018 13:29
1 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin sevilən cütlükləri olan aktrisa Nəslihan Atagül və aktyor Qadir Doğulu arasında az öncə mübahisə yaranması barədə xəbərlər yayılmışdı.

Teleqraf.com-un məlumatına görə, mübahisəyə səbəb Qadir Doğulunun evə gec gəlməsi olub. Sevgililər Günündə bütün diqqət sevilən cütlüyün üzərinə toplanıb. Sosial şəbəkədə heç bir paylaşım etməyən Nəslihan Atagül və Qadir Doğulunun bu sakitliyi boşanma xəbərlərini gündəmə gətirib.

Qeyd edək ki, Nəslihan Atagül və Qadir Doğulu 2016-cı ildə evləniblər.


Müəllif: İradə Musayeva