17 Fevral 2018 21:59
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Busə Terim ikinci dəfə ana olmağa hazırlaşır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, hamiləliyin normal getdiyini bildirib: “Əlavə çəki almadım. Qidalanmaya diqqət edirəm".

Busə Terimlə Vulkan Bağçaqapılı 2014-cu ilin iyun ayında evlənib. Cütlüyün ilk övladı Nil 2016-cı ilin iyununda doğulub. Qızları Naz isə iki ay sonra dünyaya gələcək.

Qeyd edək ki, Busə Terim “Qalatasaray” futbol klubunun baş məşqçisi Fatih Terimin qızıdır.


Müəllif: Sara