13 Mart 2018 11:15
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:15

Azərbaycanı bu il Avroviziya müsabiqəsində təmsil edən Aysel Məmmədovanın “X my heart” adlı mahnısına dəyişiklik ediləcək.

Ayselin sözlərinə görə, Yunanıstanda baş tutan məşqlərdən sonra ingilis prodüser Tim Branın təklifi ilə mahnıda kiçik dəyişiklik olunmasına qərar verib. Bundan sonra mahnımızın giriş hissəsi daha elektronik səslənəcək.

Kompozisiyaya dəyişiklik edilməsinin səbəbi mahnının sosial şəbəkələrdə tənqid edilməsi olub. Çoxları hesab edir ki, bu mahnı Ayselə uğur gətirməyəcək. Bununla yanaşı bukmeykeylər də Azərbaycanı 10-luğa düşməyəcəyini proqnozlaşdırıb.

“X my heart” mahnısı məşhur yunan bəstəkar-prodüser Dimitris Kontopulos və isveçli bəstəkar Sandra Byurmanın müştərək əsəridir. Hər iki müəllif müxtəlif illərdə Avrovziya mahnı müsabiqəsində qalib olub. 2016-cı ildə D.Kontopulos və 2011-ci ildə S.Byurman qalib seçilib. Mahnı Londonda yazılıb. Səhnə quruluşu üzərində məşhur yunan Fokas Evangilinos çalışıb.

Lissabonda keçiriləcək adıçəkilən müsabiqənin birinci yarımfinalı mayın 8-də, ikinci yarımfinal mayın 10-da, final isə 12 may tarixində baş tutacaq./Publika.az/

***

Sosial şəbəkədə tənqid edilən mahnının yeni versiyasını təqdim edirik:

Köhnə versiya:


Müəllif: Teleqraf.com