19 Mart 2018 10:06
1 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı aktrisa Ancelina Coli 4-cü dəfə nikah masasına əyləşəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu dəfə 42 yaşlı Hollivud ulduzu britaniyalı milyonçu ilə ailə həyatı qurmağa hazırlaşır.

Bununla bağlı aktrisanın yaxınlarından biri məlumat verib. Məlumatlara görə, evlilik təklifi Colidən gəlib. Onların bir ildən çoxdur bir yerdə olduğu deyilir. Cütlüyü Corc Kluninin həyat yoldaşı Amal Kluni tanış edib.

Qeyd edək ki, Coli Bred Pitdən rəsmən ayrılmayıb. Colinin toy hazırlıqlarına başladığı və Bred Piti də mərasimə dəvət edəcəyi bildirilib.


Müəllif: Samir