26 Aprel 2014 14:07

Azərbaycanın rok ifaçısı Ümman bu günlərdə "Zərrə-zərrə" adlı yeni mahnısını dinləyicilərin ixtiyarına buraxıb. Sözləri Sahibə Rəşid, musiqisi Valeh Əhmədə aid mahnı hazırda bir neçə radio dalğasında səslənməkdədir.

Teleqraf.com-un məlumatına görə, dinləyicilər tərəfindən rəğbətlə qarşılanan mahnıya onlar tərəfindən klip çəkdirmək təklifi gəlib. Pərəstişkarlarının istəyini nəzərə alan rokçu xanım bu günlərdə sözügedən mahnının ekranlaşması üçün fərqli görkəmdə kameralar önünə keçəcək. Klip rejissor Rəhman Əliyev tərəfidən çəkiləcək. Operator işini isə Delee görəcək. Bu, sayca Ümmanın 4-cü klipi olacaq.

Bu ərəfələrdə müğənni daha 2 yeni mahnısını yazdırıb. "Ovutma məni" və "Günahkaram" adlanan mahnılar da yaxın vaxtlarda dinləyicilərə təqdim ediləcək. Bundan başqa, Ümman tanınmış türk müğənnilərindən biri ilə duet ifa edəcək. Mahnı türk müğənnisi tərəfindən yazılıb. Hazırda aranjimandadır. Duet hazır olduqdan sonra Türkiyədə elə türk rejissoru tərəfindən klip çəkiləcək.

Təqdim olunacaq layihələrin rəhbəri Azər Nəsibovdur.



Müəllif: