12 Aprel 2018 14:43
4 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Sərdar Ortacın həyat yoldaşı Kloyenin işləri ilə əlaqədar getdiyi Mayamidə ərəb şeyxlərindən birinin oğlu ilə münasibət qurduğu iddia edilib.

Teleqraf.com xəbər verir ki, türk ifaçı gündəmdən düşməyən məsələ ilə bağlı açıqlama verməyə məcbur olub.

O bildirib ki, Mayamidə çoxlu dostları var:

“Dostlarımızdan biri ilə 25 nəfərlik yeməyə çıxıb. Bunu oradakı dedi-qodu sevən türklər görüb, araşdırıblar, birinin şeyx oğlu olduğunu öyrəniblər və belə şayiə yayıblar. Boşanacağımızla bağlı xəbərlər gəzir. Mən arvadımı sevirəm. Bilirəm ki, o da məni sevir. Bu, yalan xəbərdir. Mən həyat yoldaşıma heç bir qadağa qoymamışam. Qadına yasaq qoymaq olmaz”.


Müəllif: Samir