15 Aprel 23:28

Murad Bozun yaxın dostu aparıcı və aktyor Əsər Yenənlər Muradla Əsli Ənvərin ayrılması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, ötən gecə teatr tamaşasından sonra aktyor jurnalistlərə açıqlama verib:

“Ayrılmamış da ola bilərlər, amma elədirsə, barışsınlar”.

Qeyd edək ki, Əsər Yenənlər Murad Boz ilə ötən il Nihal-Bahar Candan bacılarını evində qonaq qəbul etmişdilər. Bu isə Murad Bozun sevgilisinə xəyanət etdiyi kimi qəbul edilmişdi. Əsli Ənvər Murad Boz ilə bir müddət küsülü qalmışdı.


Müəllif: Cəmilə
Загрузка...