17 Aprel 11:39

Anar Nağılbazın efirə sərxoş halda gəlməsi tənqid edilib.

Reper Space TV-də yayımlanan "Qarşı-qarşıya" verilişinin qonağı olub. Anar Nağılbazın sərxoş halları verilişin digər qonaqlarının diqqətindən yayınmayıb.

Reperin davranışlarından hiddətlənən tanınmış yazıçı Anar Vəziroğlu "Nə günə düşmüsən, niyə bu gündəsən?” deyə bildirib. Reper isə içki içməsini xəstəliyi ilə izah edib.

Məlumat üçün bildirək ki, bu yaxınlarda reperin anası Şərqiyyə Cəlilova oğlunun səhhətinin yaxşı olmadığını və şəkər xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı.

/Publika.az/


Müəllif: Teleqraf.com
Загрузка...