21 Aprel 2018 18:18
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Murad Boz sevgilisi Əsli Ənvərlə ayrılması barədə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, müğənni 2 il yarım sürən münasibətlərin sona çatması barədə yayılan məlumatları təsdiq edib: “Ayrıldığımz doğrudur. Münasibətləri davam etdirə bilmədik və bitti... Əsli mənim üçün çox dəyərli insandır. Bizim haqqımızda çox şey danışırlar, amma bunlar iki insanın arasında olan özəl münasibətlərdir. Belə olmalı imiş, oldu. Danışılacaq çox şey yoxdur”.

Qeyd edək ki, cütlüyün ayrılıq xəbəri ötən ilin mayında da yayılmışdı. 2 aylıq ayrılıqdan sonra onlar yenidən barışmışdılar.


Müəllif: İlhamə Əbülfət