22 Aprel 2018 18:50
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bülənd Ərsoy Tarkanla yeni duetini bəyənməyib.

Teleqraf.com xəbər verir ki, Bülənd Ərsoy bir ay öncə Tarkanla bərabər ifa etdiyi “Ümid oğrusu” adlı mahnının ürəyinə yatmadığını səbəb gətirərək, mahnının yayımını təxirə salıb.

Diva mahnının təqdimatına bir neçə gün qalmış, martın 27-də Tarkana zəng edib, “Duetimiz ürəyimə yatmadı. Bir daha oxuyaq. Ətrafımdakılar mahnının çox arabesk olduğunu, simfonik hala gələrsə, daha yaxşı olacağını söyləyirlər”, - deyib.

Tarkan isə ona “Fikrinizi kim qarışdırır? Yenidən oxuya bilmərik. Vaxt yoxdur. Bir daha düşünün. Sizə sonra zəng edəcəm”, - cavabını verib.

Bir neçə gün sonra Bülənd Ərsoy Tarkana yenə zəng edib. Bu dəfə isə Tarkan Avropa turunda olduğunu, həyat yoldaşının hamiləliyini və mahnıda heç bir problemin olmadığını deyərək, təkrar ifa etməkdən imtina edib.


Müəllif: Cabbar