24 Aprel 2018 08:23
1 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin məşhur "La Casa De Papel" serialında çəkiləcəyi gözlənilir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ilk bölümü ilə dünyada böyük səs-küy yaradan serialın artıq 3-cü mövsümünün hazırlıqları gedir. Yeni mövsümdə filmin heyətinə türkiyəli aktrisanın qatılacağı ilə bağlı xəbərlər gəzir. "İstanbul" adlı yeni obrazı Nəsrin Cavadzadənin canlandıracağı bildirilir. Onun 3-4 bölümdə çəkiləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, 35 yaşlı aktrisa daha əvvəl Naço Ruiperezin filmində çəkilmək üçün ispan dilini öyrənmişdi.


Müəllif: Kəmalə