26 Aprel 2018 19:58
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəyişmək saçlardan başlayır.

Teleqraf.com xəbər verir ki, bunu müğənni Sevda Yahyayeva deyib.

Müğənni bu dəfə efirdə tamam başqa bir imicdə görünüb:

“Bir müddət idi ki, uzun saçlı qız idim. Hazırda saçım bu cürdür. Bilmirəm ki, iki gündən sonra necə olacaq. Stilist Anar Ağakişiyev mənim üçün maraqlı bir saç düzümü fikirləşib. Həmin stil üçün bir az qaralmalıyam. Hər gün soruşur ki, qaralırsan? Deyirəm, yox.

Dostlarım da deyir ki, bu saç sənə yaraşır. Belə qısa saçlarla özümü çox rahat hiss edirəm. Hələ ki, beləyəm, sonra nə olacaq deyə bilmərəm”.

Özü bəyənmədiyi mahnını tamaşaçısına da dinləməyi rəva bilməyən müğənni, yaxşı bəstəkarlar olsa da, yaxşı mahnıların azlığından şikayətlənib.

“Müxtəlif mövzu və janrlarda mahnılar olub. Göndəriblər, qulaq asmışam. Özüm bəyənmədiyim mahnını heç vaxt ifa etmirəm. Onsuz da səni toya, tədbirə çağıran, sənin ifanı bəyənirsə, dəvət edəcək. Bəyənmirsə, nə edirsən et, bəyənməyəcək. Ona görə də tamaşaçılara yaxşı mahnı təqdim etmək lazımdır.

Yaxşı mahnı demək indi o qədər çətindir ki. Yaxşı bəstəkarlarımız var. Bəzilərinin yanına hələ ki, getməmişəm. Ətrafımda olan dostlarım da mahnı bəstələyir. Hazırda istədiyimi tapmamışam. Yazın, göndərin mənə, yaxşı mahnıya ehtiyacım var”.


Müəllif: Teleqraf.com