29 Aprel 2018 22:32
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən əsrin ən populyar filmlərindən biri də ABŞ istehsalı olan “Santa Barbara” serialıdır.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, “Santa Barbara”nın ilk seriyası 1984-cü il iyunun 30-da ekranlara çıxıb. 1993-cü ildə yekunlaşan serialın 2137 seriyası çəkilib.

Serial üzərində 18 rejissor və 21 ssenarist çalışıb. Filmdə iştirak eən aktyorların sayı isə açıqlanmır. Məlumatlara görə, filmin baş rolu olan Sisi Kepvelanı 6 aktyor canlandırıb.

Serialın ideyası isə Bricit və Cer Dobsona aiddir. Onlar bu serialdan 30 milyon dollar qazanıb. Serial 38 ölkədə yayımlanıb.

Bəziləri düşünür ki, “Santa Barbara” dünya tarixinin ən çox seriyalı filmidir. Ancaq bu belə deyil. Dünyanın ən çox serialı filmi ABŞ istehsalı olan “Yönəldilmiş işıq” filmidir. 1952-ci ildə ekranlara çıxan serial 2009-cu ildə bitib. 57 il ərzində serialın 18262 seriyası çəkilib.


Müəllif: Sara