2 May 2018 10:16
1 768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysunla 1 saylı körpələr evinin müdiri Nəhayət Əliyeva arasında qalmaqal yaşanıb.

Aysun uşaq evinə gələn ərzaqların və bezlərin baş həkim tərəfindən öz evinə aparılmasının yer aldığı videolar paylaşıb.

Rəqsanə qızının paylaşımına münasibət bildirərək, ona dəstək olub:

“Mətbuatda qızım Aysunun körpələr evi ilə bağlı çəkdiyi və paylaşdığı görüntülərdən danışılır. Övladımın etdiyi bu hərəkət alqışlanmalıdır. Yetimin haqqı yeyilir, Azərbaycan gəncləri belə olmalıdır, haram yeyənlərin basıb gözünü çıxarmalıdırlar. O ki qaldı kiminsə övladımı məhkəmə ilə hədələməsinə, qızımın yanındayam. O insanlara demək istəyirəm ki, hələ o nə videodur... Haqsızlıqlarınızın yer aldığı nə videolar var əlimizdə. Cavab verin, niyə daşıyıb aparırsınız? Gec-tez burnunuzdan gələcək. Övladıma kimin sözü varsa, məni yığsın”.

Qeyd edək ki, müdir Aysunu məhkəməyə verməklə hədələyib.


Müəllif: Mənbə/Axşam.az