8 May 2018 10:04
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nura Suri Tünzalə Ağayevanın onun haqqında səsləndirdiyi kəskin ittihamlara cavab verib.

Teleqraf.com xəbər verir ki, Nura Suri Əməkdar artistin yalanlarını ifşa edib və vaxtı ilə "Bakı Payızı" müsabiqəsində birinci yeri pulla aldığını söyləyib:

“Tünzalə Ağayeva bütün xəbərləri sildirə bilər, amma insanların yaddaşını silə bilməz. Keçmiş həyat yoldaşı Rəhman Əliyevin efirdə və saytlarda dediklərini yutub və ququldan sildirib. Yəqin ki, öz yaddaşından da silinib. Mən pul verib qran-pri almıram, mükafat və ya “raskrutka”ya pullar tökmürəm... Tünzalə Ağayeva ilə tədbirlərdə oluruq. Hətta qardaşının toyunda da oxumuşam. Bu da “çox sag ol”.

Qeyd edək ki, Nura “Hit parad” rubrikasında Tünzalənin özünü hamıdan üstün tutduğunu bildirmişdi. Bundan sonra əməkdar artist Tünzalə Ağayeva ilə Nura Suri arasında gərginlik yaranmışdı. Əməkdar artist Nuranın açıqlamasına belə münasibət bildirmişdi: “Öz dediyi sözün fərqinə varmır, anlamır. Bu müzakirə ediləcək bir şeydir? Gülüşə səbəb olacaq bir haldır. Mən peşəkar insanları, işində, sözündə və həyat tərzində keyfiyyətli olan insanları həmkarlar sayıram. Danışığı ilə qulağı, düşüncəsi fərqlidir. Bu, insanın kompleksindən, iç boşluğundan, narahat həyat tərzindən bəhs edir. Qeyri-yerlərdə olan “musiqiçi”lərı, “ifaçı”ları müzakirə etməyə vaxt ayırmıram”


Müəllif: Mənbə/Publika.az