9 May 2018 18:55
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi Ajda Pekkan məhkəməyə müraciət edib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, müğənninin məhkəməyə müraciət etməsinin səbəbi “Ailəsi gənc sevgilisini istəmir” adı altında yayılan xəbərlər olub.

Superstar bildirib ki, yaş fərqi vurğulanan xəbərləri təhqir kimi qəbul edir.

Məsələ barədə prokurorluq tərəfindən araşdırma başlanılıb.

Qeyd edək ki, Alda Pekkan özündən 22 yaş kiçik keçmiş sevgilisi Bülənt Çavuşoğlu ilə iki il ayrılıqdan sonra barışıb.


Müəllif: Cəmilə