11 May 2018 22:25
3 857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Bozbash pictures” komandasının üzvlərindən olan Azər Baxşəliyevin toyudur.

Teleqraf.com xəbər verir ki, paytaxtın dəbdəbəli şadlıq saraylarından birində gerçəkləşdirilən toy mərasimi hələ də davam edir.

Toydan görüntüləri aktyorun şad gününə yığışan şou-əhli sosial media hesablarında paylaşıb.

Qeyd edək ki, “Ağsaqqal” obrazı ilə tanınan Azər Nigar adlı xanımla ailə qurur. Bir neçə il bundan əvvəl nişanlanan cütlüyünün mayın 7-də nikahı olub.


Müəllif: Teleqraf.com