12 Avqust 2014 22:16

O, hansı hərəkətinin peşmançılığın çəkdi?

Əməkdar artist, müğənni-bəstəkar Elza Seyidcahan özünə qəsd etmək istəyib. O, ilk dəfə bu haqqda mövzusu “el qınağı”na həsr edilən “Evdəyik” verlişinin yeni buraxlışında danışıb.

Müğənni yeni-yeni el şənliklərinə dəvət aldığı günləri xatırlayaraq qarşılaşdığı bəzi çətinliklərdən dilə gətirib:

"Müğənniliyə yeni-yeni başlamışdım. Bir toya dəvət etmişdilər. Toy gec bitdiyi üçün məclis sahibi öz maşını ilə aparıb evə ötürəcəyini söylədi. Mən də razılaşdım. “BMW” markalı avtomobil idi. Mən maşından düşəndə anam görüb çox əsəbləşdi. Mənə, “İndi gündə bir maşındanmı düşəcəksən?! Bu gün “BMW”, sabah başqa maşın gətirəcək”. Düzü anamın bu sözləri mənə çox pis təsir etdi. Bir anlığa düşündüm ki, “gör doğma anam belə düşünürsə, min bir yad, qonşular mənim haqqda nə düşünər?!” O vaxt hətta intihar etmək fikrinə də düşmüşdüm”.

Gecce.az


Müəllif:
Загрузка...